RU

Şahruddindən qələbə şərhi

style='margin-bottom:10px;'>

“Qarabağ”ın qapıçısı Şahruddin Məmmədəliyev “Benfika” (Portuqalya) üzərində UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundakı qələbə (3:2) haqda fikirlərini bölüşüb

QOL.az xəbər verir ki, 31 yaşlı futbolçu Rusiyanın championat.com saytına müsahibəsində bildirib:

“Matçdan sonra klub rəhbərliyi paltatdəyişmə otağına gəldi və bizi təbrik etdi. Biz isə qələbəni çox bayram etmədik. Tez hazırlaşıb hava limanına getdik ki, uçuşu qaçırmayaq. Əgər hava limanı bağlansaydı, orada gecələməli olacaqdıq. Amma biz hər zaman oyunlardan sonra dərhal uçmağa çalışırıq. Onsuz da hələ heç kim yatmır, ona görə də uçmaq daha yaxşıdır. Altı saat ərzində Bakıya çatdıq. Hava limanında çoxlu insan bizi qarşıladı — jurnalistlər, azarkeşlər. Onlara böyük təşəkkür".

O deyib ki, bu, Azərbaycan xalqı üçün böyük, tarixi qələbədir: "İnsanlar sevinə bilsin deyə qələbə qazanırıq. Tarixdə ikinci dəfə Çempionlar Liqasındayıq. Birinci dəfə bütün turnir ərzində yalnız iki qol vurmuşduq, indi isə bir oyunda üç qol vurub səfərdə qalib gəldik. Əsas odur ki, bununla kifayətlənməyək və uğuru davam etdirək. Qrupdan çıxmaq barədə düşünmək hələ tezdir. Biz oyundan oyuna irəliləməyə çalışırıq. İndi isə milli çempionata fokuslanmalıyıq. Bu çox çətindir, amma lazımdır”.

Избранный
5
1
teleqraf.com

2Источники