Bildirilib ki, Rusiyanın üç MiQ-31 qırıcısı Estoniya hava məkanına daxil olub.
Turkustan.az xəbər verir ki, təyyarələrin Estoniya hava məkanında 12 dəqiqə qaldığı bildirilir.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas vəziyyəti təhlükəli təxribat kimi qiymətləndirib.
Kallas bunun Polşa və Rumıniyadan sonra üçüncü hava məkanı pozuntusu olduğunu və Avropa İttifaqının (AB) Estoniyanın yanında olduğunu bildirib.
"Putin Qərbin qətiyyətini sınayır. Biz zəiflik nümayiş etdirməməliyik", - Kallas deyib.
Aytən Yaşar/ Turkustan.az