RU

Tramp və xanımını daşıyan helikopter təcili eniş etdi

ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Trampın mindiyi Marine One helikopteri Böyük Britaniya səfərinin sonunda texniki nasazlıq səbəbilə təcili eniş edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə 18 sentyabr 2025-ci ildə Londona yaxın ərazidə baş verib. Ağ Evin mətbuat katibi Karolin Leavitt açıqlamasında bildirib ki, helikopterdə "hidravlik sistemdə problem" yaranıb və pilotlar ehtiyat məqsədilə yaxınlıqdakı hərbi aerodroma eniş ediblər.

Tramp cütlüyü dərhal başqa helikopterə keçirilərək Stansted hava limanına çatdırılıb. Orada isə Air Force One təyyarəsinə minərək Vaşinqtona qayıdıblar.

Melaniya və Donald Tramp 16 sentyabrda Londona səfər etmiş, Kral III Çarlz, Kraliça Kamilla, Uels şahzadəsi Uilyam və Kembric hersoginyası Keyt Middlton, həmçinin baş nazir Kir Starmerlə görüşmüşdülər.

Qeyd edək ki, səfər zamanı Tramp ailəsinin uçuşunda bu, ilk texniki problem olmayıb. Səfərin əvvəlində ABŞ-dan Böyük Britaniyaya uçuş zamanı Spirit Airlines təyyarəsi təsadüfən Air Force One-a həddindən artıq yaxınlaşmış, hava hərəkəti dispetçerləri pilotları dəfələrlə xəbərdar etmişdilər.

Lalə Qüdrətova
Milli.Az

Избранный
24
1
milli.az

2Источники