RU

Gəncədə qadını maşın vurdu

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mirzə Abbaszadə küçəsində qeydə alınıb.

Rəşid Yaqubov idarə etdiyi "Moskviç" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Kəmalə Əliyevanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Избранный
36
9
bizim.media

10Источники