RU

GDU-da suverenlik günü qeyd edildi - FOTO

Gəncə Dövlət Universitetində 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr edilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. 

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu və şanlı tariximizə ən parlaq səhifələr yazıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmə qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. 

Tədbirdə rektorun baş müşaviri Asif Cavadov, Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova , Ümumi tarix kafedrasının müdiri Etibar Musayev, Sosial fənlər kafedrası baş müəllimi Üzeyir Balakişiyev, Coğrafiya kafedrasının baş müəllimi Arifə Əhmədli, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov, Fizika və texniki fənlər fakültəsinin tələbəsi Ülviyyə Məmmədli çıxış edərək 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu və 2023-cü ilin sentyabrında antiterror əməliyyatı ilə suverenliyin tam bərpa olunduğunu vurğulayıblar. 

Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr edilən video çarx nümayiş etdirilib.

Избранный
68
modern.az

1Источники