RU

“Benfika”ya azarkeşlik edirdim” - Jorj Kaşkilya

“İmişli” bu gün Şamaxıda “Karvan-Yevlax”ı 3:0 hesabıyla məğlub etdi.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında Jorj Kaşkilya jurnalistlərin suallarını cavablayıb. Konfrans 20 dəqiqə gec başlayıb.

- Oyun üstünlüyümüz şəraitində keçdi. Rəqib təzyiq etsə də, qol vura bilmədi. Oyunumuzu diqtə edə bildik. Hesab 2:0 olanda rahat futbol oynamağa başladıq. Bilirdik ki, rəqib qol vursa, mübarizə başqa cür olacaq. Lakin buna imkan vermədik. Üçüncü qolu da vurduq. Daha artığını edə bilərdik. Hakimlərə sözüm var: bir penaltimiz olmalıydı, verilmədi. Elvin Yunuszadə Almeydaya qarşı kobud oynadı. Vieqasın epizodu bundan daha təhlükəli deyildi. Onlardan daha diqqətli olmalarını xahiş edirəm.

- Ardıcıl üçüncü oyundan qalib ayrılırsız.
- Üç qələbə 1-ci liqadan gələn komanda üçün böyük uğurdu. Hədəfimiz budu. Şükürlər olsun ki, bacarırıq. Maliyyə baxımından daha güclü komandalar var. Hər oyun məğlub olmamağa, qalib olmağa çıxırıq.

- Komandanı psixoloji cəhətdən hazırlamaq çətin olmadı ki?
- Xeyr, çətin deyildi. Problem bizə aid deyildi. Bir gecə bunu düşündük, bitdi. Daha sonra bu oyuna hazırlaşdıq.

- “Qarabağ”ın “Benfika”nı məğlub etməsi sizi təəccübləndirdi?
- “Qarabağ”ı təbrik edirəm. Hamımız üçün tarixi qələbədi. “Benfika”a azarkeşlik edirdim. Top yumrudu. Hər şey ola bilər. “Qarabağ” daha üstün oynadı.

- Portuqaliyada Azərbaycan çempionatına maraq arta bilər?
- Əlbəttə, təsiri olacaq. Hamı “Benfika”nın qələbəsini gözləyirdi. Bu qələbə Azərbaycan çempionatının səviyyəsi göstərir. “A Bola” qəzetində “İmişli” haqda da danışılıb. Portuqaliya mediasının marağı artacaq. Portuqal məşqçilər dünyanın hər yerində işləyir.

- “Qarabağ”ın “Benfika” üzərində qələbəsinə daha çox inanardız, yoxsa “İmişli”nin ardıcıl üç qələbəsinə?
- Siz hansına inanardız? (gülür)
- Heç birinə (gülür)

MÜZƏFFƏR QULUZADƏ

Избранный
17
2
football-plus.az

3Источники