RU

Rusiya qırıcıları Estoniyanın hava məkanını pozub

BAKI, 19 sentyabr. TELEQRAF

Estoniya Rusiyaya məxsus 3 "MiQ-31" qırıcısının ölkənin hava məkanını pozduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Estoniya mediası məlumat yayıb.

Qeyd olunur ki, təyyarələr icazəsiz olaraq Vayndloo adası yaxınlığında Estoniyanın hava məkanına daxil olub.

Hadisə ilə bağlı Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notasının təqdim edilib.

Ölkənin xarici işlər naziri Marqus Tsaxkna bildirib ki, bu il Rusiya artıq dörd dəfə Estoniyanın hava məkanını pozub.

Избранный
16
13
teleqraf.com

10Источники