
60 yaşlı italyan aktrisa Monika Belluçi və amerikalı rejissor Tim Burton münasibətlərinə son qoyublar. Onlar “France-Presse” agentliyinə göndərdikləri birgə açıqlamada bu qərarı qarşılıqlı hörmətlə verdiklərini bildiriblər. Cütlük ilk dəfə 2006-cı ildə Kann festivalında tanış olub, münasibətləri isə 2022-ci ildə Fransada yenidən başlayıb.
Uzun müddət münasibətlərini gizli saxlasalar da, 2023-cü ilin oktyabrında Roma Film Festivalında birlikdə görünərək bunu təsdiqləyiblər.
Monika Belluçi daha əvvəl fransız aktyor Vensan Kasellə evli olub və bu nikahdan iki qız övladı var.
R.DaşdəmirovaUlusum.az
Diqqət Çəkənlər
BDU-da Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olundu
Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb
Suverenliyin Bərpası – Antiterror Qəhrəmanlığı