RU

Metyu Uitker: Tramp Ukrayna üzrə sülhə nail olmaq üçün şərt irəli sürməyəcək

BAKI, 19 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün heç bir şərt irəli sürmək niyyətində deyil.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uiteker "Fox Business" telekanalına verdiyi müsahibədə bildirib.

"Prezident Tramp hər iki tərəfi bir araya gətirib vasitəçilik etmək üçün lazımi rıçaqları və şəraiti axtarmağa davam edəcək. O, heç bir şərt qoymayacaq, hər iki tərəf sülh razılaşmasına gəlməlidir",-deyə diplomat əlavə edib.

Избранный
10
teleqraf.com

1Источники