24 saat davam edəcək hakaton zamanı iştirakçılar komandalar şəklində bir araya gələrək peyk məlumatlarını və müasir texnologiyaları tətbiq edərək kənd təsərrüfatı, ətraf mühitin monitorinqi, şəhərsalma və ağıllı şəhərlər, eləcə də fövqəladə hallara cavab kimi sahələrə yönəlmiş innovativ həllər hazırlayacaqlar.
Hakaton innovasiya və kosmik sahəyə marağı olan hər kəs üçün açıqdır. Proqramçılar, dizaynerlər, mühəndislər, tədqiqatçılar, sahibkarlar, tələbələr və ümumiyyətlə kosmos həvəskarları komanda şəklində iştirak edə bilərlər.

İştirak tamamilə ödənişsizdir və qalib komandalar inkubasiya dəstəyi və aşağıdakı mükafatlarla təltif olunacaq:
Birinci yer – 3000 AZN
İkinci yer – 2000 AZN
Üçüncü yer – 1500 AZN
Hakatonda iştirak etmək istəyənlər üçün qeydiyyat mərhələsi 18 sentyabr – 20 oktyabr 2025-ci il tarixləri arasında davam edəcək. Tədbirin şərtləri, proqramı və qeydiyyat üçün ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:https://azercosmos.az/en/cosmic-hackathon
AzVision.az