RU

Təhsil TV-nin direktoru işindən ayrıldı

Ajans.az xəbər verir ki, bununla bağlı o, sosial şəbəkə hesabında bildirib.  "Təxminən 10 il ərzində Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sahəsində çalışaraq təhsilə xidmət etmişəm. Bu mərhələni isə nazirliyin onlayn televiziyası olan Təhsil TV-nin direktoru vəzifəsindən ayrılmaqla başa vururam. Bu illər mənim üçün böyük məktəb oldu. Dəyərli insanlarla birgə işləmək, cəmiyyətə təhsil haqqında düzgün məlumatları çatdırmaq və çoxsaylı layihələrdə iştirak etmək həm peşəkar, həm də şəxsi həyatımda unudulmaz təcrübələr qazandırdı. Bu yolda mənə dəstək olan bütün həmkarlarıma təşəkkür edir, hər birinizə işlərinizdə uğurlar arzulayıram", - deyə J.Əliyeva qeyd edib.  Onun sözlərinə görə, bir neçə gündən sonra fəaliyyətini özəl sektorda davam etdirəcək.
Избранный
19
3
Ajans.az

4Источники