RU

® Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Dövlət Gömrük Komitəsinin 2025-ci il üçün Tədbirlər Planı”na uyğun olaraq Tibbi Xidmət İdarəsinin antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı 2025-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrlə bağlı Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim Bəxtiyar Musayev çıxış edərək iş prosesində korrupsiyaya şərait yaradan halların qarşısının alınması sahəsində həyata keçirilən mütəmadi xarakterli tədbirlər və korrupsiya hüquqpozmalarına qarşı ciddi və səmərəli mübarizə üsulları barədə ətraflı məlumat verib.

Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Korrupsiya ilə mübarizənin səhiyyə üçün zərurliyi” mövzusunda çıxış edərək səhiyyədə korrupsiya ilə mübarizənin hər kəs üçün bərabər, əlçatan, ədalətli, təhlükəsiz, etibarlı və güvənilən tibbi xidmətlərin əldə edilməsində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilik bazası” barədə çıxış edən Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin inspektoru Səmra Qasımova mövzunun hüquqi tərəfləri barədə bəhs edib və vacib məqamlar barədə məlumat verib.

Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov korrupsiyaya qarşı mübarizə çərçivəsində səhiyyə müəssisəsinin fəaliyyətinin şəffaf və uğurlu təşkili istiqamətində həyata keçirilən işlər, eləcə də, qarşıda duran vəzifələrdən danışıb.

Urologiya şöbəsinin rəisi Bəhruz Xalıqov və Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov rəy və təkliflərini bölüşüb, iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilib.

Tədbirin yekununda Baş həkim Bəxtiyar Musayev əməkdaşları korrupsiyaya qarşı mübarizədə fəal iştirak etməyə, bu mövzuda diqqətli və həssas olmağa dəvət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
azertag.az

2Источники