RU

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin kuboku təqdim olundu

BAKI, 19 sentyabr. TELEQRAF

Formula 1 üzrə Azərbaycan Qran-Prisin qaliblərinə təqdim olunacaq kubok yenilənmiş dizaynı ilə diqqət çəkir.

Bakı Şəhər Halqasından Teleqraf-a verilən məlumata görə, dünyaca məşhur dizayn şirkəti Pininfarina tərəfindən hazırlanan rəsmi mükafat Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasına simvolizə edir.

Kubokun əsas özəlliyi onun alov təsiri yaradan formasıdır. Yan tərəflərində isə Azərbaycanın zəngin xalçaçılıq ənənələrindən ilhamlanan naxışlar həkk olunub. “Xan Qarabağ” motivindən götürülmüş bu elementlər sürət, hərəkət və dövrəni təcəssüm etdirərək Formula 1-in dinamik ruhunu milli irslə birləşdirir.

Qeyd edək ki, kubok final yarışından sonra qaliblərə təqdim olunacaq.

Избранный
5
22
teleqraf.com

10Источники