Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Fransanın yeni səfiri Sofi Laqutla iki ölkə arasında yaranmış böhranın səbəbləri ətrafında fikir mübadiləsi aparıb.
Missiya.Az xəbər verir ki, bu xanım səfirin etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim etməsi çərçivəsində baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə həmçinin mövcud problemlərə baxmayaraq, qarşılıqlı dialoq və müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.