RU

ABŞ Sakit okeanda 34 ton kokain müsadirə etdi

ABŞ Daxili Təhlükəsizlik Departamentinin Sahil Mühafizəsi qrupları Sakit okeanda keçirdiyi əməliyyatda 34 tondan çox kokain ələ keçirib.

Turkustan.az xəbər verir ki, Nazirlik X sosial media platformasında verdiyi açıqlamada Sakit Okeanda sahil mühafizə polisinin keçirdiyi əməliyyatda ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 34 tondan çox kokainin ələ keçirildiyini bildirib.

Nazirliyin “kartelin dağılması” olaraq xarakterizə etdiyi açıqlamada əməliyyatın davam edən “Sakit Gürzə” əməliyyatı çərçivəsində həyata keçirildiyi bildirilib. “Bu, vətəni qorumaq, narkotik terrorizmə qarşı mübarizə aparmaq və ABŞ-a qanunsuz narkotik istehsal etmək və satmaq məqsədi daşıyan beynəlxalq cinayətkar təşkilatları və kartelləri pozmaq cəhdidir”.

Nazirlik tərəfindən paylaşılan video qeyddə ABŞ Sahil Mühafizəsinə aid bir qayığın okeanda açıq dəniz şəraiti üçün xüsusi olaraq istehsal edilən mavi qayığa yaxınlaşaraq ən az 3 nəfəri göyərtəsinə götürdüyü görülüb.

Aytən Yaşar/ Turkustan.az

Избранный
13
1
turkustan.az

2Источники