RU

“Formula 1”in ikinci sərbəst yürüşündə birinci olan pilotun TƏHSİLİ

Bakı şəhərində keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü baş tutub. Yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində “Ferrari”nin britaniyalı pilotu Luis Hemilton birinci olub.

Hemilton Formula 1 tarixinin ən uğurlu sürücülərindən biridir.

O, 7 dünya çempionu tituluna, 100-dən çox qələbəyə və 200-dən çox podiuma malikdir.

AzEdu.az Britaniyalı pilotun təhsili barədə araşdırıb.

O, Stevenage şəhərində yerləşən The John Henry Newman School adlı katolik orta məktəbdə təhsil alıb.

Daha sonra Hemilton Cambridge Arts and Sciences (CATS) College-də təhsilini davam etdirib. 

Bu özəl məktəb tələbələrə elastik təhsil proqramları təklif edərək onların peşəkar idman karyerasına uyğunlaşmasına şərait yaradıb. Məktəb illərində qarşılaşdığı çətinliklərə baxmayaraq, Hemilton özünü inkişaf etdirərək Formula 1-də böyük uğurlar qazanıb.

Избранный
34
azedu.az

1Источники