BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında görüş planlaşdırılır.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya açıqlama verib.
Onun sözlərinə görə, bu, Lavrovla ABŞ dövlət katibi arasında 2021-ci ildən sonra baş tutan ilk görüş olacaq. Onlar həm ikitərəfli, həm də çoxtərəfli məsələlərin tam spektrini müzakirə edəcəklər.
Nebenzya görüşün təfərrüatlarını hələlik açıqlaya bilməyəcəyini qeyd edib.
Xatırladaq ki, sentyabrın 9-da BMT Baş Assambleyasının yubiley sessiyası açılıb. Yüksək səviyyəli həftə sentyabrın 23-dən 29-a kimi davam edəcək.
Gülşən Şərif