Avropa Komissiyasının sədri Ursula fon der Leyen 19-cu anti-Rusiya sanksiyalar paketini təqdim edərkən ruslar üçün Şengen vizalarına ciddi qadağa tətbiq edilməsini qeyd etməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentlik bildirir ki, Avropa Komissiyası rəhbəri və ya Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi növbəti sanksiyalar paketini təqdim edərkən adətən onun tam siyahısını açıqlamır.
Sentyabrın 15-də isə məlum olub ki, Avropa İttifaqı rusiyalı turistlərə tam qadağa tətbiq etmək imkanlarını araşdırır.