RU

ADY: Bu il qatarların qarşısına qəfil çıxan 7 nəfər ölüb

2025-ci ilin 8 ayı ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarlarının maşinistləri yola qəfil insan çıxması nəticəsində 81 dəfə təcili tormozlama etməli olublar...

ADY-dən verilən məlumata görə, bəzi hallarda isə məsafə çox qısa olduğundan hadisə qaçılmaz olub.
Qatar qarşısına insan çıxması nəticəsində 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Məlumatda bildirilir ki, bu hadisələr, əsasən, dəmir yolu ətrafında yaşayan insanların, bu yollardan mütəmadi istifadə edən piyadaların diqqətsizliyindən baş verir: “Həmçinin piyadaların dəmir yolunun müəyyən edilməmiş yerlərdən keçməsi İnzibati Xətalar Məcəlləsinin pozulmasıdır.

"Dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməmək, sağa və sola baxmaq, hər iki tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etmək mütləqdir. Unutmaq olmaz, qatarın dayanması üçün böyük məsafəyə ehtiyac var.

ADY təhlükəsizliyi hər zaman diqqətdə saxlayaraq infrastrukturda yenilənmələr və yoxlamalar aparır, həmçinin sosial mediada maarifləndirmə kampaniyaları təşkil edir, dəmir yolu ətrafında yerləşən məktəblərdə bununla bağlı xüsusi təlimlər keçir”, - məlumatda qeyd olunur.

Poliqon.info

Избранный
31
10
poliqon.info

10Источники