RU

Monika Belluççi sevgilisindən ayrılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur aktrisa Monika Belluççi rejissor Tim Bertondan ayrılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İtaliyanın ANSA nəşri məlumat verib.
Cütlük qərarlarını açıq şəkildə elan edərək xəbər agentliklərinə açıqlama verib.
"Biz böyük hörmət və qarşılıqlı simpatiya əsasında ayrılmaq qərarına gəldik", - deyə cütlük bildirib.
Qeyd edək ki, Belluççi və Berton iki il münasibətdə olublar. Onların münasibətləri barədə ilk dəfə 2023-cü ilin martında görüşlərindən foto dərc edildikdə məlum olub. İyunun sonlarında aktrisa "Elle France" jurnalına verdiyi müsahibədə rejissorla münasibətini təsdiqləyib və ona sevgisini açıq elan edib.
Tim Berton ilə münasibətindən əvvəl Monika Belluççi iki dəfə ailəli olub: fotoqraf Klaudio Karlos Basso və aktyor Vinsent Kassel ilə. Rejissor isə rəqqasə və model Liza Meri ilə 13 illik münasibətdə olub, daha sonra isə eyni müddətdə aktrisa Helena Bonem Karterlə birlikdə yaşayıb.
Aktrisanın Kasseldən iki övladı var: 21 yaşlı Deva və 15 yaşlı Leoni. Cütlük, demək olar, 14 il evli olub və 2013-cü ildə qalmaqalsız şəkildə, ictimaiyyətə açıqlama vermədən boşanıb. Aktrisa heç vaxt qızlarının ataları ilə əlaqəsinə mane olmayıb.
Избранный
61
oxu.az

1Источники