RU

Yaşar Gülər: Türk ordusu yoluna davam edir, Qafqazda...

“Qaydalara söykənən beynəlxalq nizamın zəiflədiyi, güc və demoqrafik mübarizələrin qızışdığı, bölgəmizin od çənbərinə çevrildiyi bu dövrdə Türkiyə qətiyyətli, prinsipial, çoxşaxəli diplomatiya ilə yoluna davam edir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.
“Sərhədlərimizin təhlükəsizliyini və millətimizin əmin-amanlığını təmin etmək üçün hərbi çəkindirmə qüvvələrimizi gücləndirməklə yanaşı, regional və qlobal problemlərin həllində konstruktiv və sülhsevər mövqeyimizlə danışıqlar masasının və beynəlxalq təhlükəsizlik arxitekturasının əvəzsiz üzvünə çevrilmişik. Balkandan Qafqaza, Qara dənizdən Yaxın Şərqə və Afrikaya qədər geniş bir coğrafiyada həyata keçirdiyimiz səmərəli siyasət, qəhrəman ordumuzun bir çox dost və qardaş ölkədə təhlükəsizlik və sülhün bərqərar olması istiqamətində reallaşdırdığı missiyalar ölkəmizin təhlükəsizlik arxitekturasında aparıcı rol oynamasını təmin edir. Türk Silahlı Qüvvələrinin üstün imkanlarını artırmaq üçün səylərimizi davam etdiririk”, - müdafiə naziri vurğulayıb.
Избранный
14
3
sherg.az

4Источники