RU

Məişət zorakılığı ilə bağlı qanuna dəyişikliyə yenə ehtiyac var.

Məişət

Deputat Tamam Cəfərova məişət zorakılığı ilə bağlı qanunun təkmilləşdirilməsini və qadın qətllərinə qarşı sərt cəzaların tətbiqini təklif edir.Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Tamam Cəfərova məişət zorakılığı ilə bağlı qanuna yenidən baxılmasının vacibliyini vurğulayıb. O, təklif edib ki, qanun müzakirəyə çıxarılsın və aidiyyəti qurumlar bu prosesə cəlb edilsin. Ulusum.az xəbər verir ki, deputat qadın qətllərinin hələ də ciddi problem olduğunu, xüsusilə yaxınları tərəfindən törədildiyini bildirib. O, həmçinin yeniyetmələrin və ailə üzvlərinin qətl faktlarına diqqət çəkib. Tamam Cəfərova qadın qətllərinə görə ömürlük həbs cəzasının tətbiq olunmasının müzakirəsi üçün ictimai dinləmələrin keçirilməsini təklif edib.R.DaşdəmirovaUlusum.az

Diqqət Çəkənlər

BDU-da Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olundu

Suverenliyin Bərpası – Antiterror Qəhrəmanlığı

Bakıda onlayn qumar şəbəkəsinə zərbə: 10 nəfər saxlanıldı, 10 milyonluq dövriyyə ifşa olundu

Избранный
12
ulusum.az

1Источники