RU

Uzağı 2 il ərzində Ermənistan yeni Konstutusiyanı qəbul edəcək

"Nikol Paşinyanın bütün imkanları var ki, 2026-cı ildə keçiriləcək parlament seçkilərində rəqiblərinə qalib gəlsin".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onnu sözlərinə görə, Paşinyanın siyasi və sosial bazası demək olar ki, tükənib:

"Müxalifətin əlində sadəcə iqtisadi imkanlar var. Ancaq təkcə maliyyə ilə Paşinyan hökumətini devirmək, zəiflətmək qeyri-mümkündür. Düzdür, xarici ölkələrlə, Rusiya ilə müəyyən sövdələşmələr ola bilər. Onların təsiri revanşistlərin bəzi addımlar atma ehtimalı var. Lakin bu addımların effektli, təsirli olacağını söyləmək olmaz. Yəqin ki, bütün cəhdlər uğursuz nəticələnəcək. Paşinyan çox güman ki, hakimiyyətdə qalacaq. Ermənistan da Azərbaycan şərtlərini nəzərə almaqla, sülh müqaviləsini bağlayacaqlar".

İlqar Vəlizadə: Paşinyan hakimiyyətdə qalacaq və Ermənistan- Azərbaycan sülh müqaviləsi bağlanacaq

Analitik vurğulayıb ki, Azərbaycanın yeganə şərti Ermənistan Konstitusiyasında dəyişik edilməsi ilə bağlıdır:

"Bunu İrəvan hökuməti yerinə yetirə bilər. Baxmayaraq, Paşinyanın komandasından ara-sıra fərqli bəyanatlar səsləndirilir, ancaq Ermənistan hökuməti özü bəyan edib ki, ölkənin yeni Konstitusiyaya ehtiyacı var. Hansı səbəbdən bunu edəcəklərinin bizim üçün fərqi yoxdur”.

Müsahibimiz hesab edir ki, böyük ehtimal, ən uzağı 2 il ərzində yeni Konstutusiyanı qəbul edəcəklər:

“Yeni Konstitusiyada Azərbaycanla bağlı heç bir iddia olmayacaq. Bu da yekun sülh sazişinin imzalanmasının önündə hansısa əngəlin qalmaması demək olacaq".

Aydın Baxış

Избранный
6
1
bakivaxti.az

2Источники