"Benfika" ilə matçda zədələnən "Qarabağ"ın futbolçusu Marko Yankoviçin durumu məlum olub.
Milli.Az azerisport.com-a istinadən xəbər verir ki, MRT nəticələrindən sonra məlum olub ki, onun zədəsi ciddidir.
Çernoqoriyalı futbolçu 6 həftə Ağdam təmsilçisinə kömək edə bilməyəcək.
O, Çempionlar Liqasının Liqa mərhələsindəki "Kopenhagen" (1 oktyabr) və "Atletik" (22 oktyabr) görüşlərində olmayacaq.
Milli.Az