RU

Bu ölkədə vəbadan 58 nəfər ölüb

Nigeriyanın şimal-şərqindəki Bauçi əyalətində vəba epidemiyası nəticəsində 58 nəfər həyatını itirib.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, epidemiya artıq 14 əyalətdə yayılıb. 

Əyalət qubernatorunun müavini Auval Mohammed Jatau, 258 vəba hadisəsinin qeydə alındığını və xəstəliklə mübarizə məqsədilə vəba nəzarət komitəsinin yaradıldığını bildirib.

Xatırladaq ki, 26 iyun 2024-cü ildə ölkədə "milli fövqəladə vəziyyət" elan edilib. Təmiz su və tibbi xidmətlərin çatışmazlığı epidemiyanın təsirini artırır. Nigeriya, Afrika qitəsində vəba xəstəliyindən ən çox təsirlənən ölkələrdəndir.

Seyranə QuliyevaMissiya.Az

Избранный
24
missiya.az

1Источники