RU

Boeing 787 Dreamliner: AZAL-da sərnişin komfortu və innovativ texnologiya

Finss.az - “Boeing” şirkətinin “787 Dreamliner” modeli geniş gövdəli təyyarələr arasında ən uğurlu təyyarələrdən biridir. 14 ildən az bir müddətdə bu təyyarələr 1,1 milyarddan çox sərnişin daşıyıb, bu göstərici aviasiya tarixində digər bütün geniş gövdəli təyyarələrə nisbətən rekord səviyyədir.

Təyyarənin müasir konstruksiyası və texnologiyaları yanacaq sərfiyyatını əvvəlki nəsil modellərlə müqayisədə 25%-dək azaldır və dünyanın müxtəlif istiqamətlərində 435 yeni birbaşa marşrutun açılmasına imkan verib. Geniş salonu, iri pəncərələri və rahat oturacaqları ilə sərnişinlər uçuş zamanı komfortlu şəraitdən istifadə edirlər.

Hazırda AZAL parkında iki “Boeing 787 Dreamliner” fəaliyyət göstərir. Uzunmüddətli modernləşdirmə strategiyasına uyğun olaraq yaxın illərdə bir neçə yeni təyyarənin donanmaya qoşulması planlaşdırılır.

Bakıda təqdim olunan “Boeing 787 Dreamliner” uçuş simulyatoru pilot kabinəsinin bütün elementlərini yüksək dəqiqliklə əks etdirir. Genişformatlı naviqasiya ekranları, şturval, idarəetmə qolları və pedallarla təchiz edilmiş simulyator real uçuş şəraitini maksimum dərəcədə imitasiya edir.

Simulyator proqram təminatı təyarənin bütün uçuş sistemlərini tam şəkildə canlandırır, qonaqlara havaya qalxma, uçuş rejimi və eniş mərhələlərini sınaqdan keçirməyə imkan verir. Bu, həmçinin “Dreamliner”in innovativ texnologiyaları və yanacaq səmərəliliyi ilə yaxından tanış olmaq üçün unikal təcrübə yaradır.

Fuad Mədətov
Finss.az

Избранный
24
3
fins.az

8Источники