RU

Müxalifət ölkədə sabitliyi pozmağa çalışır - Ərdoğan

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, müxalifətin son altı aydır bütün cəhdi ölkənin 23 ildə böyük bədəllər hesabına əldə etdiyi sabitlik və etimad mühitini zədələməyə yönəlib.

TurkicWorld xəbər verir ki, bu barədə Ərdoğan İstanbulda keçirilən 2025–2029 Türkiyə Kooperativçilik Strategiyası və Fəaliyyət Planı Tanıtım Tədbirində çıxışı zamanı bildirib.

“Ana müxalifətin bütün etdikləri – milli markaları boykota çağırmaq, Qərb mediasına ölkəmizi şikayət etmək, küçələri qarışdırmağa çalışmaq – sadəcə və sadəcə sabitliyi dağıtmaq üçündür”- deyə Ərdoğan vurğulayıb.

O, əlavə edib ki, Türkiyənin artıq sabitliyi itirməyə, xaos və böhran içində vaxt itirməyə dözümü yoxdur.

Ərdoğan ölkənin 23 ildə qazandığı nailiyyətlərə diqqət çəkərək, “Siyasətdə sabitlik, iqtisadiyyatda etimad olduğu müddətcə Türkiyənin önü də, üfüqü də açıqdır” deyib və vətəndaşları həmrəyliyə çağırıb.

Избранный
19
turkic.world

1Источники