RU

16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib

ain.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

19 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "REGİONAL" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Marja.a xəbər verir ki, istiqrazların buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 16%, tədavül müddəti 2 ildir. 

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "REGİONAL" BOKT MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2004023407

İstiqrazın növü və forması:  İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması:  Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı:  10 000 (ədəd)

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  1000000 manat

İllik gəlirlilik faizi:  16%

Ödəmə periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir

Tədavül müddəti:  2 il

Ticarətə buraxılma tarixi:  Emitent tərəfindən bildiriləcək

Anderrayter:  “Xalq Kapital İnvestisiya Şirkəti” QSC

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
marja.az

2Источники