RU

Qarabağda yeni dövr: Xankəndi paradı, Qarabağ Universiteti və Xocavəndin dirçəlişi

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

2020-ci ilin tarixi Zəfəri ilə Azərbaycanın dövlət suverenliyi bərpa olunduqdan sonra Qarabağda genişmiqyaslı yenidənqurma və inkişaf mərhələsi başlanıb. Bu proses yalnız torpaqların fiziki bərpasını deyil, həm də mədəni, təhsil və sosial həyatın dirçəlməsini hədəfləyir. 2023-cü ilin 8 noyabrında Xankəndidə keçirilmiş Zəfər Paradı, dövlətin gücünü və iradəsini nümayiş etdirən simvolik hadisəyə çevrildi.

Xankəndidə keçirilən Zəfər Paradı, Azərbaycanın hərbi gücünü və azad edilmiş ərazilərdə təhlükəsizliyin tam bərqərar olduğunu nümayiş etdirdi. Silahlı Qüvvələrin müasir texnikası və qələbə rəmzlərinin nümayiş olunduğu bu mərasim, dövlətin Qarabağdakı suverenliyinin rəsmi təsdiqi kimi qiymətləndirilir.

Qarabağda dirçəlişin əsas sütunlarından biri təhsildir. Xankəndidə yaradılmış Qarabağ Universiteti, bölgədə ali təhsilin bərpasına yönəlmiş strateji layihələrdən biridir. Tibb fakültəsi və klinikası da daxil olmaqla bir sıra tədris və inzibati binaların istifadəyə verilməsi, universitetin yalnız təhsil müəssisəsi deyil, həm də elm və innovasiya mərkəzi kimi fəaliyyət göstərməsinə imkan yaradır.

Prezident İlham Əliyevin Xocavənd rayonuna etdiyi çoxsaylı səfərlər, bölgədə həyata keçirilən yenidənqurma işlərinin miqyasını ortaya qoyur. Hadrut, Tuğ, Azıx, Edilli və digər kəndlərdə aparılan bərpa işləri — yolların çəkilməsi, məktəblərin və məscidlərin tikintisi, tarixi və dini abidələrin qorunması — Xocavəndin yenidən canlandırıldığını sübut edir.

Azıx mağarası və Tuğ kəndindəki qədim Alban məbədləri dövlət himayəsinə götürülüb və bərpa işləri aparılır. Hadrutda yeni yaşayış kompleksləri, təhsil və inzibati müəssisələr inşa olunmaqla yanaşı, bölgənin turizm potensialı da inkişaf etdirilir.

Xocavənd ərazisindən keçən mühüm avtomobil yolları — Zəfər Yolu, Şükürbəyli–Cəbrayıl–Hadrut, Tuğ–Hadrut və Füzuli–Hadrut magistralları — regionun əsas nəqliyyat arteriyalarına çevrilir. 86 metrlik tunelin və “Hadrut” yarımstansiyasının təməlqoyma mərasimləri, bölgənin enerji təminatının və logistik imkanlarının genişləndirilməsinə yönəlib.

2023 və 2025-ci illərdə Qırmızı Bazar, Şıx Dursun və Sos kəndlərinə baxış keçirilməsi, yerli əhali ilə görüşlər və məskunlaşmaya hazırlıq işləri dövlətin “Böyük Qayıdış” Proqramını mərhələli şəkildə reallaşdırdığını göstərir.

Azərbaycan hökuməti Qarabağda təkcə fiziki quruculuq deyil, bütöv bir sosial və mədəni dirçəliş modelini tətbiq edir. Xankəndidəki Zəfər Paradı, Qarabağ Universitetinin fəaliyyəti və Xocavənddə həyata keçirilən layihələr sübut edir ki, Böyük Qayıdış artıq gələcək plan yox, bugünkü reallıqdır.

Şamama Əmirova

YAP Laçın rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatının sədri,

Laçın rayon 10 N-li tam orta məktəbin direktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
sesqazeti.az

1Источники