19 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "REGİONAL" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Marja.a xəbər verir ki, istiqrazların buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 16%, tədavül müddəti 2 ildir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "REGİONAL" BOKT MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2004023407
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması: Kütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı: 10 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 1000000 manat
İllik gəlirlilik faizi: 16%
Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir
Tədavül müddəti: 2 il
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “Xalq Kapital İnvestisiya Şirkəti” QSC