RU

Cənubi Koreya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcək

Koreya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək və ya Moskva ilə əlaqəni dayandırmaq niyyətində deyil. 

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyət Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edir:

"Koreya Respublikası Avropanın Rusiyaya qarşı sanksiyalarla bağlı hərəkətlərini diqqətlə izləyir. Bizim əlavə sanksiyalar tətbiq etmək və ya əlaqəni kəsmək niyyətimiz yoxdur".

Ço Hyun hesab edir ki, Moskva Koreya yarımadasındakı problemlərin həllində vasitəçi rolunu oynaya bilər. 

"Koreya Respublikası hökuməti sülhü möhkəmləndirmək, Şimalla dialoqa girmək və Koreya yarımadasında gərginliyi azaltmaq üçün bütün diplomatik vasitələrdən istifadə edir. Əgər Rusiya belə bir rol oynaya bilərsə, təbii ki, biz bu məsələdə Rusiya ilə məsləhətləşə bilərik. Hazırda Rusiya ilə diplomatik münasibətlərin rəsmi olaraq bərpası bir qədər çətindir", - Ço Hyun əlavə edib.

Gülşən Şərif

Избранный
5
bakivaxti.az

1Источники