RU

"Qarabağ"da şok itki - zədəsi ciddidir

Qarabağ"ın zədəli futbolçusu Marko Yankoviçin durumu ciddidir.

Sportal.az xəbər verir ki, bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

“Marko Yankoviçin zədəsi ilə bağlı ilkin dəyərləndirmə belə idi ki, bu, əzələ spazmasıdır. Yəni “Benfika” ilə oyunda belə bir ehtimal var idi. Sonradan MRT müayinəsi zədənin daha ciddi olduğunu üzə çıxardı  Müayinədən sonra müəyyənləşdi ki, dördbaşlı əzələnin gərilməsi diaqnozudur. Yankoviçin komandaya qayıtması təxminən 6 həftə çəkəcək" - deyə klub rəsmisi bildirib.

Bu isə o deməkdir ki, monteneqrolu yarımmüdafiəçi Çempionlar Liqasında oktyabrın 1-də "Kopenhagen" (Danimarka) və oktyabrın 22-də "Atletik"lə (İspaniya) keçiriləcək oyunları buraxacaq.

Qeyd edək ki, Marko Yankoviç UEFA Çempionlar Liqasının 1-ci turunda "Benfika” ilə keçirilən matçın 77-ci dəqiqəsində zədələnib.

saytlarin hazirlanmasi

Избранный
21
4
sportal.az

5Источники