RU

Sertifikasiya: 59 bal toplayan müəllim müsahibədən maksimum nəticə GÖZLƏYİR

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam edir.

AzEdu.az Təhsil Portalı sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edən müəllimlərin təəssüratlarını öyrənib.

Sertifikasiyanın müsahibəsində iştirak edən Şəmkir rayonu Coşqun Abıyev adına Zəyəm Cırdaxan kənd kənd tam orta ümumtəhsil məktəbinin Fizika müəllimi Tacəddin Abddürrəhmanovla danışdıq.

9 ildir pedaqoji fəaliyyətlə məşğul olan müəllim müsahibə mərhələsinin onlayn formada keçirilməsi ilə bağlı heç bir texniki problem yaşamayıb.

"Sertifikasiyanın müsahibə mərhləsindən maksimum, yəni 40 bal gözləyirəm. Bu il üç şagirdim Respublika Fənn Müsabiqəsində bir gümüş, iki bürünc medal qazanıb. Bu da qeyd etdiyim nailiyyətlərimdən biri idi. Ümumilikdə müsahibə müddətim 6 dəqiqə davam etdi. Müəllim şagird münsaibəti, dərs gedişatı və s. bağlı suallar verildi".

Qeyd edək ki, Tacəddin müəllim sertifikasiyanın test mərhələsindən 59 bal toplayıb.

Избранный
6
azedu.az

1Источники