Asif Əsgərov
Milli Məclisin deputatı
Azərbaycanın ərazi bütövlüyünün bərpası və müstəqildövlətçiliyin möhkəmləndirilməsi istiqamətindəəlamətdar günlərdən biri olan 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ölkəmizdəböyük sevinc və qürur hissi ilə qeyd olunur. Həmin günErmənistanın və qondarma Dağlıq Qarabağın terrorçusilahlı dəstələrinin tör-töküntülərinin təzahürü kimi dəmühüm əhəmiyyət kəsb edir.
Prezident, Ali Baş Komandan İlham Əliyev 2023-cü iloktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd vəAğdərə şəhərlərində Azərbaycan RespublikasınınDövlət Bayrağını ucaldaraq bu əlamətdar gününmənəvi əhəmiyyətini bir daha vurğulayıb. Dövlətimizinbaşçısı çıxışında qeyd edib: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanındaAzərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütünAzərbaycan xalqını ürəkdən təbrik edirəm... Düz 20 ilbundan əvvəl Azərbaycan xalqı mənə böyük etimadgöstərərək prezident seçkilərində prezident vəzifəsinəseçmişdir. O vaxt doğma xalqıma müraciət edərək sözvermişdim ki, Azərbaycan xalqının və Azərbaycandövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütünvədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətənmüharibəsində əldə edilən Zəfərin üçüncü ildönümüqeyd olunmuşdur. Bundan üç il əvvəl Şuşa şəhərininişğaldan azad edilməsi və düşmən ordusunun təslimolması ilə İkinci Qarabağ müharibəsi Azərbaycandövlətinin tam Zəfəri ilə nəticələnmişdir. Bu hadisəxalqın 30 ildən çox davam edən mübarizə əzminintəcəssümü kimi tarixi önəm kəsb edir.
Azad olunmuş ərazilərin inkişafı və iqtisadipotensialının artırılması üçün bir sıra strateji layihələrhəyata keçirilmişdir. 2023-cü il noyabrın 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndişəhərində “Qarabağ Universiteti” yaradılmışdır. Bu alitəhsil müəssisəsi regionda yüksəkixtisaslı kadrlarınhazırlanmasına, işğaldan azad edilmiş torpaqlardabərpa və quruculuq işlərinə təkan verəcək birmərkəzdir.
2023-cü il dekabrın 5-də qəbul edilən qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati bölgüsündədəyişiklik edilərək mərkəzi Ağdərə şəhəri olmaqla yeniAğdərə rayonu yaradılmışdır. Bu addım regionuninzibati inkişafını və əhalinin rifahının yüksəldilməsinitəmin edir.
Qarabağ bölgəsinin azad olunmuş hissələrində idmanvə mədəniyyət sahəsində də əhəmiyyətli uğurlar əldəedilmişdir. 2023-cü il dekabrın 21-də Ağdamın“Qarabağ” komandası Azərbaycan Kubokunun 1/8 final oyununu Xankəndidə keçirmişdir. Bu, 30 illikfasilədən sonra bölgədə keçirilən ilk rəsmi futbolgörüşü olaraq böyük tarixi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin azad olunmuş Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərlərinə səfərləriregionun inkişafına verdiyi önəmi əyani şəkildəgöstərir. Xankəndidə Dövlət Bayrağının ucaldılması, yeni ali təhsil müəssisələrinin yaradılması, hotellərinaçılışı və iqtisadi infrastruktur layihələrinin həyatakeçirilməsi bölgədə həyatın canlanmasını təminetmişdir. Hər bir səfər və həyata keçirilmiş layihə,həmçinin azad edilmiş ərazilərin ictimai, mədəni vəiqtisadi baxımdan yenidən qurulmasının göstəricisidir.
Xocavənd rayonunun Tuğ və Azıx kəndlərində bərpaişləri, tunel və yol infrastrukturunun yaradılması, Xocalıda Soyqırımı Memorialının təməlqoymamərasimi, fərdi evlərin və infrastrukturun bərpası,Ağdərədə yeni yaşayış komplekslərinin istifadəyəverilməsi kimi tədbirlər regionun sosial-iqtisadiinkişafının mühüm nümunələridir.
20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərəşəhərləri günü azad edilmiş ərazilərin gələcəkinkişafının rəmzi kimi mühüm əhəmiyyət daşıyır. Həmin günün qeyd olunması, həmçinin milli həmrəyliyi gücləndirir və gələcək nəsillərə Vətənuğrunda fədakarlıq nümunələrini çatdırır.