RU

Leysan yağacaq, şimşək çaxacaq – Xəbədarlıq


Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u axşamdan 21-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, sentyabrın 19-u axşam və 20-si səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 22-si gündüzədək davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Избранный
3
47
yeniavaz.com

10Источники