RU

Qəzzaya nəzarət demək yalnız hərbi uğurla bitmir

Newscenter.az saytına istinadən ain.az xəbər verir.

İsrail Qəzzaya nəzarəti ələ keçirmək məqsədilə hücuma başlayıb. Bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, İsrailin həyata keçirdiyi quru hücumu 15 sentyabrda başlayıb. Axios" vurğulayır ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası "İsrailə mane olmaq niyyətində deyil və münaqişə ilə bağlı qərarları onun özünə buraxacaq". Portalın mənbələri bildiriblər ki, ABŞ Dövlət katibi Marko Rubio İsrailin Baş naziri Binyamin Netanyahuyla görüşdə Vaşinqtonun "quru əməliyyatı dəstəklədiyini, lakin onun tez və mümkün qədər qısa müddətdə başa çatmasını gözlədiyini" bildirib."Əl-Cəzirə" kanalı bildirir ki, İsrail tankları artıq Qəzza şəhərinin mərkəzinə daxil olub. Yerli sakinlər partlayış səslərinin İsrailin mərkəzində də eşidildiyini deyirlər. Bu arada hökumətin qərarına etiraz edən israillilər Netanyahunun Yerusəlimdəki iqamətgahı qarşısında çadırlar qurub, ərazi polis tərəfindən 300 metrlik radiusda mühasirəyə alınıb. İsrail bundan əvvəl də 2008, 2014 və 2023 - cü illərdə də Qəzzaya quru hücumu həyata keçirib. Ancaq vilayəti tam nəzarəti bərpa etmək mümkün olmayıb. İndiki əməliyyatı digərlərindən fərqləndirən əsas məsələ odur ki, bu dəfə ABŞ İsrailə əhəmiyyətli şəkildə dəstək verir. Vaşinqtonun dəstəyinin əsas səbəb " Tramp planı " nın həyata keçirilməsini təmin etməkdir. ABŞ prezidenti Donald Trampın müvafiq planına uyğun olaraq HƏMAS sıradan çıxarılmalı, vilayətin mülki sakinləri qonşu ölkələri köçürülməli, Qəzza tamamilə sökülməli və İsrail tərəfindən ilhaq edilərək burda yeni yaşayış məskənləri salınmalıdır. Qonşu ərəb ölkələri və HƏMAS " Tramp planı " na qarşı çıxdıqdan sonra Qəzzaya əməliyyatın həyata keçiriləcəyi aydınlaşdı. Əməliyyatın gedişində İsrail tərəfinə bir sıra məsələlərə görə ciddi problem yarana bilər. Birincisi, Qəzzada HƏMAS və İslami Cihad kimi silahlı qruplar mövcuddur. Onlar uzun müddətdir ki, bölgədə tunel şəbəkəsi quraraq silahlı mübarizə aparır. İsrail əvvəlki əməliyyatlarda nə qədər çalışsa da Qəzzada qurulan tunel sistemlərini tam məhv edə bilmədi. Buna görə bu sahədə yenidən ciddi problemim yaranması istisna deyil. İsrail üçün daha ciddi bir problem isə beynəlxalq ictimaiyyətin reaksiyadır. BMT və ondan kənarda bu əməliyyata qarşı çox sərt qınaq mövcuddur. Əməliyyat zamanı xeyli sayda mülki itkilərin ölməsi istisna deyil. Bu Tel - Əvivin beynəlxalq reytinqinə olduqca mənfi təsir göstərəcək məsələdir. Buna görə əməliyyat yarımçıq dayana bilər. Bütün bunlarla bərabər, Qəzzaya nəzarət demək yalnız hərbi uğurla bitmir — idarəetmə, təhlükəsizlik və sosial xidmətlər kimi vəzifələr də önə çıxır. İsrail üçün bu, əlavə iqtisadi və siyasi yük ola bilər.Zeynal Əmrəliyev, politoloq

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
1
newscenter.az

2Источники