RU

Tramp bu TV ləri bağlayacaq

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp tanınmış televiziya aparıcısı Cimmi Kimmelin efirdən uzaqlaşdırılmasını alqışlayıb və onun administrasiyası ilə bağlı mənfi xəbərlər yayan televiziya kanallarının lisenziyasının ləğv olunmasını təklif edib.

Bakupost.az “France24”ə istinadən xəbər verir ki, bu açıqlama ABŞ-də söz azadlığı ilə bağlı müzakirələri alovlandırıb.

Kimmel Trampı 10 sentyabrda qətlə yetirilən sağçı fəal Çarli Kirkin ölümünü bəhanə edərək siyasi xal yığmağa çalışmaqda ittiham edib. O bildirib ki, bu, yetkin bir insanın dostunun ölümünə yas saxlama forması deyil, bu, dörd yaşlı uşağın ölmüş balığı üçün təəssüflənməsidir.

“Disney”ə məxsus ABC telekanalı "Jimmy Kimmel Live" gecə şousunu qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb. Məsələ ictimai rezonans doğurub və sabir prezident Barak Obama da daxil olmaqla bir çox ictimai fiqur bu qərarı hökumət təzyiqinə boyun əymək kimi qiymətləndirib.

Respublikaçılar Kimmel və digər tənqidçiləri "nifrət nitqi yaymaqda" və Kirkin qətlinə haqq qazandırmaqda ittiham edirlər.

Aysel,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
www.bakupost.az

1Источники