Məhkəmə 2024-cü ilin mayında Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsd zamanı onun yanında olan mühafizəçilərinin ifadələrini dinləyib.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 19-da Slovakiyanın “Pravda” qəzeti məlumat yayıb.
"Baş nazir Robert Fitsonun mühafizəsinin üç üzvü məhkəmədə ifadə verdi və onların hamısı (səsləndi – red.) demək olar ki, eyni fikirləri bildirib. Sui-qəsd cəhdini kamerasına çəkən yerli televiziya rəhbərinin nahardan sonra məhkəmədə ifadə verməsi planlaşdırılır", - qəzet yazır.
Mühafizəçilərdən birinin sözlərinə görə, atəş Slovakiyanın baş naziri ilə baryerlərə doğru getdikdən sonra baş verib. O, əlavə edib ki, bu zaman o özü və həmkarları çaş-baş qalıb.
Qəzet yazır ki, mühafizəçi taktiki səbəblərə görə xüsusi təhlükəsizlik prosedurlarını açıqlamaqdan imtina edib.
QAZİLER.AZ