BAKI, 19 sentyabr. TELEQRAF
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başlayıb.
Teleqraf xəbər verir ki, pilotlar bir saat ərzində 6 kilometrlik Bakı Şəhər Halqasında dövrə vuracaqlar.
İlk sərbəst yürüşdə "Maklaren”in pilotu Lando Norris birinci, onun komanda yoldaşı Oskar Piastri isə ikinci olub. İlk üçlüyü "Ferrari"dən Şarl Lekler qapayıb.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 21-də başa çatacaq.