RU

Türkiyədən yeni ittifaq təklifi - Azərbaycan qarşıdır - ŞƏRH

“Türkiyə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının dünyaya meydan oxuyan ABŞ-İsrail koalisiyasına qarşı “Türkiyə-Rusiya-Çin ittifaqı qurulsun” təklifi qardaş ölkədə geniş əks-səda doğurub. Türkiyə tarix boyu Rusiya və Çinlə ittifaq içində olmayıb. Ancaq dünyada reallıqlar sürətlə dəyişir və dünənə qədər rəqib olan dövlətlər tərəfdaşlara, tərəfdaş olan dövlətlər isə rəqibə, hətta düşmənə çevrilirlər.”

Turkustan.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Bakupost.az

Politoloq əlavə edib ki, Türkiyənin Rusiya və Çinlə ittifaq qurması çətin təsəvvür edilir:

“Əlbəttə, Türkiyənin ABŞ və Avropa İttifaqı ilə münasibətləri hamar deyil, İsrailin Qəzzanı yerlə-yeksan etməsi və buna Vaşinqtonun seyrçi qalması Türkiyənin siyasi dairələrini və cəmiyyətini anti-Qərb əhval-ruhiyyəyə kökləyib. Ancaq bunun alternativi Türkiyənin Rusiya və Çinlə ittifaq qurmasıdırmı? Bu ittifaq NATO üzvü olan Türkiyənin maraqlarına nə dərəcədə cavab verə bilər?

Ankaranın son illərdə Moskva və Pekinlə dialoqu genişlənib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirak edib. Dövlət Baxçalı bu əməkdaşlığın daha üst səviyyəyə qaldırılmasını təklif edib.

Türkiyənin Rusiya və Çinlə ittifaq qurması Ankaranın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləməsi, Çinin isə uyğur türklərinə qarşı yürütdüyü siyasətə normal yanaşması anlamına gələcək. Moskva və Pekin müttəfiq olacaqlarsa, Ankaranın onların ünvanına "Rusiya Ukraynanın ərazi bütövlüyünü pozmamalıdır" və ya "Çin uyğur türklərinin haqlarına hörmət etməlidir" kimi iradlar səsləndirməsi mümkün olmayacaq. Azərbaycanın milli və təhlükəsizlik maraqları baxımından da Türkiyənin Rusiya ilə ittifaqı Cənubi Qafqaz üçün faydalı deyil. Əksinə, Azərbaycan Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının azalmasını istəyir.”

Избранный
10
6
turkustan.az

8Источники