RU

Planetin sonunu gətirəcək nüvə arsenalı: Dünyanı qorxu altında saxlayan dövlətlər TƏSNİFAT

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Amerikanın "Military Watch Magazine" (MWM) hərbi jurnalında dərc olunan məqalədə gizli arsenalların icmalı və nüvə imkanlarına görə ölkələrin təsnifatı təqdim edilib. Məqaləni oxucularımıza təqdim edirik.

İkinci Dünya Müharibəsi zamanı nüvə silahının ilk və yeganə istifadəsindən 80 il sonra, dünyanın ən güclü partlayıcılarının yayılması getdikcə artan sayda ölkələri nüvə zərbələri vurmaq imkanlarının müxtəlifliyi ilə təmin etməkdə davam edir.

Nüvə Silahlarının Yayılmaması haqda Müqavilə nüvə başlıqlarına malik olmağı yalnız 5 ölkə ilə məhdudlaşdırsa da, bu gün 15 ölkə ən azı məhdud məlum nüvə zərbəsi imkanlarını saxlayır. Bunlara müqaviləni imzalamamış 4 dövlət və nüvə bölgüsü sazişlərində iştirak edən 6 ölkə daxildir.

Bu dövlətlər geniş miqyaslı münaqişə baş verərsə, onlara giriş icazəsi veriləcəyi gözləntiləri ilə öz ərazilərində saxlanılan Amerika və ya Rusiya nüvə silahlarından istifadə etmək üçün təlim keçir. Nüvə silahı olan ölkələr arsenallarının və çatdırılma sistemlərinin ölçüsünə, imkanlarına və müxtəlifliyinə görə təxminən 4 kateqoriyaya bölünə bilər. Aşağıda dünyanın nüvə arsenallarına ümumi baxış verilmişdir.

1-ci səviyyə: ABŞ, Rusiya və Çin

ABŞ, RF və ÇXR tamhüquqlu nüvə üçlüyünə və qitələrarası zərbə imkanlarına malik yeganə dövlətlərdir. Bu o deməkdir ki, onlar nüvə silahlarını quruda yerləşən raket sistemlərində, strateji bombardmançı təyyarələrdə və 5600 km-dən çox məsafədə hədəfləri vura bilən sualtı qayıqlarda yerləşdirirlər. Hər üç ölkə həm taktiki, həm də strateji nüvə silahına malikdir. Bununla belə, Çinin arsenalı digər iki nüvə fövqəldövlətinin beşdə birindən də azdır və onun fəaliyyət doktrinası dünyanın ən ehtiyatlı və müdafiə xarakterli silahlarından biridir.

Bu ölkələrin hər birinin öz güclü və zəif tərəfləri var: Rusiya daha çox sayda döyüş başlığı yerləşdirib və nüvə silahına malik taktiki ballistik raketlərin və qitələrarası mənzilli hipersəs planerlərinin əhəmiyyətli arsenalına malikdir.

ABŞ gizli qırıcı və bombardmançı təyyarələrdə taktiki nüvə silahı yerləşdirən yeganə ölkə olaraq qalır. Bununla belə, onun ICBM arsenalı xeyli köhnəlmişdir, çünki əsas modellər hələ 1970-ci illərdə hazırlanmışdır.

Rusiya, öz növbəsində, Amerika bombardmançılarının yaratdığı təhlükəyə cavab olaraq, öz hücum təyyarələrini dünyada yeganə nüvə silahı olan “hava-hava” raketləri ilə silahlandırıb.

2-ci səviyyə: Şimali Koreya, Hindistan, Pakistan, İsrail

Şimali Koreya, Hindistan, Pakistan və İsrail Nüvə Silahlarının Yayılmaması haqda Müqavilə çərçivəsindən kənarda nüvə silahı hazırlayıblar. İsrail bunu Fransanın (əlində isə ABŞ-ın- tərcüməçi) əhəmiyyətli dəstəyi ilə etdi. Dörd ölkənin hamısı müxtəlif çatdırılma sistemlərinə malikdir və Şimali Koreya istisna olmaqla, hamısı havadan havaya nüvə zərbəsi imkanlarını təsdiqləyib. Şimali Koreya və İsrail qitələrarası ballistik raketlərə malik 5 ölkə arasındadır.

Şimali Koreyanın arsenalı bir çox cəhətdən ən güclü hesab olunur: onun raket qüvvələri müxtəlifliyə görə yalnız Çindən geri qalmaqla 2-ci yerdədir. Pxenyan sualtı qayıqlardan buraxılan ballistik və qanadlı raketlərə, orta mənzilli hipersəs raketlərinə, sualtı nüvə dronlarına və nüvə silahı olan qanadlı raketlərlə silahlanmış esmineslərə malikdir. Şimali Koreya bu 4 ölkədən yeganəsidir ki, nüvə qüvvələri çəkindirmək üçün deyil, ilk növbədə qitələrarası zərbələr üçün nəzərdə tutulub. Pakistan taktiki zərbələrə imkan verən artilleriya sistemləri üçün nüvə sursatları yerləşdirən yeganə dövlət olaraq qalır.

3-cü səviyyə: Böyük Britaniya və Fransa

Böyük Britaniya və Fransa ilk növbədə ballistik raket sualtı qayıqları vasitəsilə məhdud nüvə imkanlarına malikdir. Fransa da "Rafale" qırıcılarından istifadə etməklə məhdud taktiki imkanları saxlayır, lakin bu təyyarələrin yaşı və onların gizli olmaması əhəmiyyətli məhdudiyyətlər yaradır.

Böyük Britaniya Birləşmiş Ştatlarla nüvə bölgüsü sazişi vasitəsilə taktiki nüvə imkanlarını bərpa etmək niyyətindədir ki, bu da onun F-35A qırıcılarına tammiqyaslı müharibə vəziyyətində Britaniya torpaqlarında yerləşdirilən Amerika B61-12 bombalarından istifadə etməyə imkan verəcək. Bununla belə, Londonda müstəqil taktiki nüvə qüvvəsi yoxdur. Öz strateji maneələrinə malik olmasına baxmayaraq, hər iki ölkə çatdırılma sistemlərinin son dərəcə məhdud çeşidindən və taktiki imkanlarında ciddi çatışmazlıqlardan əziyyət çəkir.

4-cü səviyyə: Almaniya, Hollandiya, Türkiyə, Belçika, İtaliya və Belarus

Birləşmiş Ştatlar 5 müttəfiqi- Almaniya, Hollandiya, Türkiyə, Belçika və İtaliya ilə nüvə paylaşma müqavilələrini saxlayır və tezliklə Böyük Britaniya ilə də oxşar saziş imzalayacaq. Bu sazişlər Vaşinqtona nüvə silahının yayılmasını genişləndirməyə imkan verir. Bu təcrübə mübahisəli olaraq qalır, çünki o, mahiyyətcə yeni nüvə dövlətləri yaradır, Qərb analitiklərinin geniş şəkildə qeyd etdiyi kimi, Nüvə Silahlarının Yayılmaması haqda Müqavilənin I və II maddələrini pozur.

Sazişlərin bütün tərəfləri yalnız F-16 və ya F-35A qırıcılarında və ya Almaniyada köhnəlmiş "Tornado" təyyarələrində daşınan B61 havadan buraxılan nüvə bombalarından istifadə edir. Belarus 2023-cü ildə Rusiya ilə nüvə bölgüsü sazişi imzalayıb və "İsgəndər-M" raket sistemlərində döyüş başlıqları yerləşdirib. Belarus arsenalının 2025-ci ilin sonuna qədər genişləndiriləcəyi gözlənilir ki, bu da "Oreşnik" orta mənzilli hipersəs raketləri və ola bilsin ki, nüvə enerjisi ilə işləyən raket artilleriya sistemləridir. Nüvə paylaşma sazişlərində iştirak edən ölkələr öz arsenallarından istifadədə muxtariyyətə malik deyillər və nüvə silahlarına giriş Vaşinqton və ya Moskva tərəfindən bloklana bilər.

Tərcümə - Elçin Bayramlı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
sesqazeti.az

1Источники