RU

Ulduz pilotları kölgədə qoyan Bakı pişiyi - FOTO

“Formula-1” Azərbaycan Qran-prisində məşhurlaşan “paddock pişiyi” dünya mediasında gündəm olub.

İdman.biz xəbər verir ki, pişik azarkeşlərin, mexaniklərin və hətta pilotların sevimlisinə çevrilib.

Aleksandr Albonun anası Kankamol Albon sosial şəbəkədə oğlunun pişiyi evlərinə aparmasını istədiyini bildirib.

“Əgər Aleksi tapsan, ona de ki, səni evimizə gətirsin. Bizimlə yaşaya bilərsən”, - deyə paylaşımında qeyd edib.

Xatırladaq ki, Albon ailəsinin evində artıq 13 pişik, bir it və hətta at da var. Pişiyin şəkil və videoları sosial şəbəkələrdə minlərlə bəyənmə toplayıb. Hətta “Mercedes” komandası onu öz zonasında qonaq edib və mini dəbilqə hədiyyə edib.

Избранный
8
1
idman.biz

2Источники