RU

Dələduzluq etdi, həbsdən çıxmaq istədi Özü də dələduzluğun qurbanı oldu

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Dələduzluq cinayətində təqsirləndirilən şəxsin özü dələduzluqla üzləşib. 

Qaynarinfo-nun məlumatına görə, dələduzluq cinayətində ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilən İ.H. 1 saylı Bakı İstintaq Təcridxanasında G.Y. adlı şəxslə tanış olub. Dələduzluq cinayətində ittiham edilən həmin şəxs İ.H.-ya həbs qərarının dəyişdirilməsi ilə bağlı yardım edə biləcəyini deyib. Bunun üçün isə 20 000 manat pul lazım olduğunu bildirib. 

Bundan sonra İ.H. anası ilə əlaqə saxlayaraq onu G..Y.-nın anasına yönəldib. İ.H.-nln anası deyilən şəxslə görüşüb və hissə-hissə olmaqla ona 12 000 manat pul verib. Lakin İ.H.-nın ev dustaqlığına buraxılması baş tutmayıb. 

Qarşı tərəf şikayətçi olub və G.Y. ilə anası barəsində cinayət işi başlanıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinə Xəzər Rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə baxılıb. Hər iki şəxs məhkəmə prosesində verilmiş ittiham üzrə özünü təqsirli bilib. Bununla belə, onların ifadələrindən aydın olub ki, İ.H.-nın problemini həll etmək üçün aldıqları pulu başqa şəxslərə veriblər.

Məhkəmənin hökmü ilə hər iki şəxsə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
43
qaynarinfo.az

1Источники