RU

Qərb Ukraynanın NATO-ya üzvlüyü əvəzinə milyardlarla dollar niyyətindədir - ÖZƏL

Qərb ölkələri Ukraynanın NATO-ya üzvlüyünə alternativ olaraq onun hərbi-sənaye kompleksinə (HSK) milyardlarla dollar sərmayə qoymağı planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb. Məqalədə qeyd olunur ki, təhlükəsizlik zəmanətləri təkcə özəl investisiyalarla məhdudlaşmayacaq. Avropa hökumətləri də Kiyevin hərbi istehsalını dəstəkləmək və mövcud çatışmazlıqları aradan qaldırmaq üçün birgə müəssisələr quracaq. Artıq bəzi ölkələr - Danimarka, İslandiya, Kanada, Norveç və İsveç Ukraynaya artilleriya, zərbə dronları, raketlər və tank əleyhinə sistemlərin istehsalı üçün 1,5 milyard dollar ayırmağı qərara alıb. Almaniya ilə də oxşar razılaşma əldə olunub, lakin onun şərtləri hələ açıqlanmayıb. Qəzetin məlumatına görə, bu strategiya uğur qazanarsa, Ukraynanın HSK-sı gələcəkdə ABŞ və Avropa ordularını da qabaqcıl dronlar və digər hərbi texnologiyalarla təmin edə biləcək. Nümunə kimi, radioelektron mübarizə vasitələrini aşmaq, 20 km-dən çox məsafəni qət etmək və tankları hədəfə alan altı kiloqramlıq idarəolunan partlayıcılarla zərbə endirmək imkanına malik ukraynalı kvadrokopter göstərilir. Kiyev hakimiyyəti isə investisiyalar hesabına silah istehsalını üç dəfə artırmağı və Qərbdən asılılığı azaltmağı hədəfləyir. WP həmçinin yazır ki, bu strategiya Ukraynanın əsas problemlərindən biri - hərbçi çatışmazlığı məsələsini də qismən həll edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
17
olaylar.az

1Источники