RU

Bakıda AZAL və "Boeing"in birgə təşkilatçılığı ilə uçuş simulyatoru nümayiş olunur

Bakıda "JW Marriott Absheron Baku" otelinin birinci mərtəbəsində "Azərbaycan Hava Yolları" QSC (AZAL) və ABŞ-ın "Boeing" şirkətinin birgə təşkilatçılığı ilə "Boeing 787 Dreamliner" uçuş simulyatorunun təqdimatı keçirilib.

BAKU.WS xəbər verir ki, vətəndaşlar və şəhərin qonaqları sentyabrın 19-dan 21-dək simulyatordan istifadə edə biləcəklər.

Təqdim edilən simulyator "Boeing 787 Dreamliner" təyyarəsinin pilot kabinəsini yüksək dəqiqliklə əks etdirir. Genişformatlı naviqasiya ekranları, şturval, idarəetmə qolları, pedallar və orijinal oturacaqlarla təchiz olunmuş qurğu real uçuş şəraitini maksimum dərəcədə imitasiya edir. Proqram təminatı isə təyyarənin bütün uçuş sistemlərini canlandıraraq iştirakçılara uçuşun bütün mərhələlərini – havaya qalxma, uçuş rejimi və enişi – sınaqdan keçirməyə imkan verir.

"Dreamliner" modeli aviasiya tarixində ən uğurlu geniş gövdəli təyyarələrdən biri hesab olunur. Son 14 il ərzində bu tip təyyarələr 1,1 milyarddan çox sərnişin daşıyıb ki, bu da rekord göstərici sayılır. Müasir texnologiyalar və xüsusi konstruksiya sayəsində təyyarənin yanacaq sərfiyyatı əvvəlki nəsil analoji modellərlə müqayisədə 25 faizədək azdır. Bu üstünlüklər dünyanın müxtəlif istiqamətlərində 435 yeni birbaşa marşrutun açılmasına imkan yaradıb.

"Dreamliner" həm də sərnişinlər üçün geniş salonu, iri pəncərələri və komfortlu şəraiti ilə seçilir. Hazırda AZAL-ın parkında iki ədəd "Boeing 787 Dreamliner" fəaliyyət göstərir. Şirkətin uzunmüddətli modernləşdirmə strategiyası çərçivəsində yaxın illərdə bu tipdən bir neçə yeni təyyarənin də donanmaya qoşulması planlaşdırılır.

Избранный
16
1
far.az

8Источники