RU

İsrail ordusu: 500 minə yaxın fələstinli İsrailin hücumlarına görə Qəzzadan qaçıb

İsrail Müdafiə Qüvvələrinin hücumundan sonra Qəzza şəhərinin 480 min sakini anklavın cənubuna qaçıb.

HİT.az xəbər verir ki, İsrail ordusunun hesablamalarına görə, hücumdan əvvəl şəhərdə təxminən 1 milyon fələstinli yaşayırdı.

Hücumdan əvvəl İsrail ordusu döyüşlərdə yaxalanmamaq üçün sakinlərə təxliyyə etməyi tövsiyə edib. Sentyabrın 17-də İDF şəhərdən Qəzza zolağının cənubuna Salah əd-Din şossesi boyunca 48 saatlıq əlavə evakuasiya marşrutunun açıldığını elan edib.

Reuters"in məlumatına görə, şəhərdə qalan yüz minlərlə fələstinli təhlükə və ərzaq çatışmazlığı səbəbindən təxliyyə yollarından istifadə etməkdən qorxur.

Oktyabrın 17-də Avropa Komissiyası İsrailin Qəzza şəhərini ələ keçirmək üçün Gideonun arabası əməliyyatını genişləndirməsinə cavab olaraq ona qarşı sanksiyalar paketini açıqlayıb. Almaniya, Avstriya, İtaliya və Macarıstan da daxil olmaqla bir neçə ölkə yəhudi dövlətinə qarşı sanksiyalara qarşı çıxıb. Ona görə də sanksiyalar heç vaxt qüvvəyə minməyə bilər.

Samir
 

Избранный
5
hit.az

1Источники