RU

AQTA Dağlıq-Şirvan regionunda 8 müəssisənin fəaliyyətini məhdudlaşdırıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Dağlıq-Şirvan regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 99 ictimai iaşə müəssisəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

AQTA-dan Operativ Media-ya verilən məlumata görə, onlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 8 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Həmin müəssisələrdən 5-i tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 3-də isə müvafiq tədbirlər görülməkdədir.

Fəaliyyəti məhdudlaşdırılan müəssisələrin siyahısı ilə linkdən tanış olmaq mümkündür.

Избранный
47
7
operativmedia.az

10Источники