RU

Azərbaycan və Çin arasında turizm əlaqələri möhkəmləndirilir

Azərbaycan Turizm Bürosu 15-19 sentyabrda Çinin Pekin, Şanxay və Quançjou şəhərlərində silsilə tədbirlərlə çinli və azərbaycanlı turizm sənaye nümayəndələrini bir araya gətirib.

“İki sahil” xəbər verir ki, görüşlər çərçivəsində ATB nümayəndələri və turizm sənayesi tərəfdaşları çinli şirkətlərlə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Nümayəndə heyəti Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovla səfirlikdə görüşüb.

Proqram çərçivəsində Azərbaycan Turizm Bürosu ilə Çinin aparıcı onlayn turizm platforması “Qunar” arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycanın turizm imkanları “Qunar” platformasının geniş rəqəmsal kanalları vasitəsilə Çin bazarında birgə təbliğ olunacaq və innovativ yanaşmalar tətbiq edilməklə ölkəmizin turizm istiqaməti kimi mövqeyi gücləndiriləcək.

“Fliggy”, “Trip.com” və “8Continents” kimi aparıcı turizm şirkətlərinin qatıldığı işgüzar şam yeməyi 60-ya yaxın Çin turizm sənayesi nümayəndəsi və 20 yerli turizm sənayesi təmsilçisini bir araya gətirib.

Silsilə tədbirlər Quançjou şəhərində təşkil olunan B2B görüşlərlə yekunlaşıb.

Избранный
35
8
ikisahil.az

9Источники