RU

Trampın oğlu Ərdoğanla görüşüb?

Türkiyə mətbuatında ABŞ Prezidenti Donald Trampın oğlunun İstanbula səfər etdiyi barədə xəbərlər yayılıb.

 

Senzor.az-ın məlumatına görə, kiçik Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşdüyü bildirilir.

 

Məlumatı ilk dəfə Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl açıqlayıb.

 

Kiçik Donald Trampın İstanbuldakı Dolmabahçe sarayında Ərdoğanla görüşdüyü iddia edilir.

 

"Middle East Eye" nəşrinin mənbələri də ABŞ Prezidentinin oğlunun həqiqətən Ərdoğanla görüşdüyün təsdiləyib. Qeyd olunur ki, kiçik Donald Tramp Türkiyəyə bir neçə iş adamı ilə səfər edib.

 

Səfərin detalları açıqlanmayıb.

Избранный
6
2
senzor.az

3Источники