1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib.
Oxu.Az-ın İnterfax.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə AK-nın nümayəndəsi Paula Pinyu məlumat verib.
"Biz bu gün təsdiq edə bilərik ki, komissiya Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Bu, 19-cu paketdir. AK prezidenti Ursula fon der Lyayen bu mövzuda ali nümayəndə Kaya Kallas ilə birlikdə 19-cu sanksiyalar paketini elan edəcək", - mətbuat katibi Brüsseldə keçirilən brifinqdə bildirib.
AK-nın Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərə dair təsdiqlənmiş qanunvericilik təklifi Aİ Şurası tərəfindən yekdilliklə təsdiqlənməlidir.